RU

Azərbaycan ABŞ-yə süfrə yumurtası ixracına başlayır

Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan Giləzi Quşçuluq ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilən məlumata görə, bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm olaraq yumurta ixracına başlayır.

Bildirilir ki, ABŞ-yə ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək. Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var.

Избранный
102
26
vergiler.az

10Источники