RU

Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib

Bakı. Trend:

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistansilahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor alihərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan SilahlıQüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.

Trend xəbər verir ki, o,ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçininBirinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusununtərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşıvuruşduğunu bildirib.

D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evindəaşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polisİdarəsində qeydiyyatdadır.

O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sıilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20metr aralıda olduğumdan xəsarət almadım”.

Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşıəməkdaşlıq etdiyini də söyləyib.

Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsizamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib.“Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkküredirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə oəlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam edir.

Məqalədə:
Избранный
21
49
az.trend.az

10Источники