RU

Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında əməkdaşlığın dərinləşdirilməsi maliyyə xidmətlərinin inkişafında yeni mərhələyə keçidə töhfə verəcək.

Mərkəzi Bank Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı bildirir.

 Bu iki qurum arasında imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumda əksini tapıb.

İmzalanma Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMB-ya səfər çərçivəsində baş tutub.

Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.

Mərkəzi Bankın sədri Taleh Kazımov ilə keçirilən görüşdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. (Report)

Избранный
22
8
fed.az

9Источники