Kanada ABŞ administrasiyasından Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Publika.az xəbər verir ki, bu barədə yerli media yazıb.
Məlumata görə, şikayətin səbəbi ABŞ-ın ölkədən idxal edilən mallara 25 faizlik gömrük rüsumunun tətbiqi qərarıdır.
Kanada ÜTT-dən tarif tədbirləri ilə bağlı ABŞ-la ətraflı məsləhətləşmə tələb edib.