Türk qadın həkim NASA astronavtlarını müayinə edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Türkiyəli Begüm Aydoğan Matik ABŞ-ın Cənubi Florida Universitetinin Doğuş və Ginekologiya Departamentinin elmi işçisidir.
Mütəxəssis 2026-cı ildə “Virgin Galactic” kosmik gəmisində tədqiqat missiyasını həyata keçirəcək bütövlükdə qadın astronavt komandasının üzvlərinin müayinəsinə cəlb olunacaq.
“Anadolu” müxbiri 8 Mart Beynəlxalq Qadınlar Günü öncəsi Begümlə danışıb.
Agentliyin həmsöhbəti bildirib ki, o, innovativ layihələrdə daha geniş yer tutmaq məqsədi ilə ABŞ-yə köçüb.
Matik Hyustondakı Johnson Kosmik Mərkəzində Aviasiya və Kosmik Tibb Təcrübə Proqramında iştirak edib.
Həkim, həmçinin NASA STAR proqramı vasitəsilə “kosmik təbabət” sahəsində bacarıqlarını inkişaf etdirib.
Xuraman Etibarlı
İnterpress.az