“Ömrümüzün 33 ili müharibə, köçkünlük illərinə düşüb. Həmin o ağrı-acılı illər geridə qaldı. Biz doğma yurdumuza qayıdırıq, firavan günlərimiz yenidən başlayır. Qalan ömrümü həmin torpaqlarda qurub yaradacam. Orada yaşayacam. Bu sevinci sözlərlə demək mümkün deyil.
Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Allah cənab İlham Əliyevi qorusun və dövlətimiz həmişə belə qüdrətli olsun”.
Bu sözləri Tərtərdə Bizim.Media-ya Ağdərənin Həsənriz kəndinə köç edən Rizvan Abbasov deyib.
Həmçinin o, köçkünlük illərində nə qədər çətin şəraitdə yaşasa da bu günə həmişə ümid etdiyini bildirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта