RU

Iğdır-Naxçıvan Boru Kəməri böyük əhəmiyyət kəsb edir



25 sentyabr 2023-cü ildə , Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli qoyulan İğdır -Naxçıvan Qaz Boru Xətti ,dünən 5 mart 2025 il istifadəyə verildi. Azərbaycan və Türkiyə prezidentləri İğdır -Naxçıvan Qaz Boru Xəttinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər. Qeyd etmək istəyirəm ki, İğdır -Naxçıvan qaz kəməri ilk növbədə Naxçıvanın enerji təminatında İrandan asılılığı aradan qaldıracaq və qaz təchizatının yaxşılaşdırılması istiqamətində dayanıqlılığı təmin edəcək. Həyata keçirilən layihə 30 il Naxçıvanın təbii qaz ehtiyacını ödəyəcək .Bu da öz növbəsində iki ölkə arasında,iqtisadi və sosial layihələrin birlikdə həyata keçirilməsi istiqamətində atdığı növbəti addımlardan biridir.Hesab edirəm ki, dünyanın bu qarışıq vaxtında, iki ölkə arasında belə lahiyələrin önəmi böyükdür və regionda sülhün və təhlükəsizliyin zəmanəti olaraq İğdır -Naxçıvan Qaz Boru Kəməri ,Azərbaycan və Türkiyə adına böyük əhəmiyyət kəsb edir.Azərbaycan və Türkiyənin iqtisadi layihələrinin xüsusiyyəti ondan ibarətdir ki, bu lahiyyələr sadəcə iki ölkənin deyil, həmçinin region dövlətlərinin rifahına xidmət göstərəcək imkanını da özündə əks etdirir. İğdır -Naxçıvan Qaz Boru Kəmərinin həyata keçirilməsi, siyasi baxımdan da ölkəmiz açısından çox önəm daşıyır. Belə ki, Türkiyə ilə strateji tərəfdaşlığımızı daha da gücləndirir və eyni zamanda İranın ölkəmizə qarşı təsir mexanizmlərini azaldır. Həyata keçirilən layihə Ermənistan üçün də son dərəcə önəmli mesaj sayıla bilər və nəticə etibarilə bu mühüm layihə, Azərbaycanın növbəti dəfə regionda geosiyasi və geoiqtisadi hadisələrə təsir etmək imkanına sahib olmasını göstərdi və bir daha bu həyata keçirilən layihə deməyə əsas verir ki, Azərbaycan güclü lider dövlətdir və regionun xüsusilə də siyasi dinamikasına öz təsirini göstərir.

Çingiz Şahbazi, siyasi ekspert
Избранный
25
1
newscenter.az

2Источники