RU

Azərbaycan və Suriya arasında konsulluq sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub

Bu gün Azərbaycan və Suriya arasında konsulluq sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın Suriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Xarici İşlər və Mühacirlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Məhəmməd Bərra Şükri ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki dost ölkə arasında konsulluq sahəsində mümkün əməkdaşlıq imkanlarına nəzər salınıb.

Избранный
13
6
operativmedia.az

7Источники