RU

ABŞ Husi liderlərinə qarşı sanksiyalar tətbiq edir

ABŞ Yəməndə İranın dəstəklədiyi Husilərin yeddi yüksək rütbəli üzvünə silah qaçaqmalçılığı və silah tədarükündəki rolu səbəbilə sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib.

Açıqlamada Husilərin Rusiya, Çin və İrandakı təchizatçılardan silah alaraq Qırmızı dənizin təhlükəsizliyini təhdid etdikləri iddia edilib.

Bu çərçivədə Husilərin 7 yüksək rütbəli üzvünün sanksiyaya məruz qalacağı və yəmənli mülki vətəndaşları Ukraynada Rusiya xəttində döyüşmək üçün cəlb edən bir şirkətə qarşı lazımi addımların atılacağı bildirilib.

Həmçinin Yəmən hökuməti ilə Husilərin bölgə üzərində nəzarətini aradan qaldırmaq üçün çalışacaqları vurğulanıb.

Избранный
6
1
publika.az

2Источники