RU

Sənaye təhlükəsizliyi sahəsində yeni Texniki Komitə yaradılıb

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən“Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə yeni Texniki Komitə(AZSTAND/TK 50) təsis edilib.

Trend-ə bubarədə AZSTAND-dan məlumat verilib.

Məlumata görə, sözügedən Texniki Komitə “Milli standartlaşdırmasisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planınınicrası istiqamətində sənaye təhlükəsizliyinin təmin edilməsisahəsində dövlət standartlarının hazırlanmasında maraqlı tərəfləriniştirakı məqsədilə yaradılıb.

Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkiliAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedəİşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyitərəfindən həyata keçiriləcəkdir.

Qeyd edək ki, Texniki Komitənin fəaliyyətində, həmçininAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, FövqəladəHallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti və AzərbaycanRespublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisiİdarəsinin nümayəndələri iştirak edirlər.

Избранный
49
5
az.trend.az

6Источники