RU

12 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizəorqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davamedir.

Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, ötən ildekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsiləfederasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü AzaliyaAsanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanancinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğunagöndərilib.

Trend xəbər verir ki, bubarədə Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ibtidai istintaqın davam etdirilməsi AzərbaycanRespublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvaləedilib.

İstintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikasıvətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbirolan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayətigizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasınınvətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələrmüəyyən edilib.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov vəE.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindənAzərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbirolan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqacinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunanşəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbsqətimkan tədbiri seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən illərdən bağlıqalan cinayət işlərinin açılması istiqamətində beynəlxalqəməkdaşlığı uğurla davam etdirir və xarici ölkələrin hüquq-mühafizəorqanları ilə birgə effektiv istintaq tədbirləri həyatakeçirir.

Məqalədə:
Избранный
13
49
az.trend.az

10Источники