RU

Rusiyadan Makrona xəbərdarlıq: Napoleonun taleyi unudulmamalıdır

Dövlət Dumasının Krımdan olan deputatı, istefada olan general-mayor Leonid İvlev Fransa prezidenti Emmanuel Makronun Rusiyanı Avropa üçün təhlükə adlandıran bəyanatını şərh edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İvlev Napoleonun taleyini xatırladaraq, Makrona tarixi səhvləri təkrarlamamaq barədə xəbərdarlıq edib.

Deputatın sözlərinə görə, Rusiya və digər aparıcı dövlətlərin rəhbərləri sülhdən danışarkən, Fransada nüvə silahından istifadə imkanları müzakirə edilir, bu isə ciddi nəticələrə gətirib çıxara bilər. İvlev vurğulayıb ki, Napoleonun hekayəsi bu cür qərarların necə fəlakətə çevrilə biləcəyinə nümunədir.

“Tarixə nəzər salınmalı, Napoleonun taleyi unudulmamalıdır”, - İvlev deyib.

Xatırladaq ki, Makron növbəti dəfə Rusiya əleyhinə çıxış edib. Bu dəfə o, Rusiya ordusunun yenidən silahlanması və qlobal güclənməsindən danışıb. Fransa prezidenti bildirib ki, Rusiya Avropa və xüsusən də Fransa üçün “təhdid”ə çevrilib. Onun fikrincə, Rusiya həm hava məkanında, həm də sosial şəbəkələrdə Aİ üçün təhlükəlidir.

Избранный
22
publika.az

1Источники