Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev ICAO-nun Avropa və Şimali Atlantika bürosunun direktoru Nikola Rallo ilə görüşüb. Görüş zamanı o, Təşkilata “Azerbaijan Airlines”ə məxsus təyyarənin qəzaya uğradığı yerə müstəqil ekspert Tormodur Tormodssonu vaxtında göndərdiyinə görə təşəkkür edib.
Bu barədə “Report” “Kazinform”a istinadən xəbər verir.
"Hökumət adından bizə göstərilən daimi dəstəyə görə şəxsən sizə səmimi minnətdarlığımızı bildiririk. Bu araşdırmanın tam başa çatdırılması məqsədilə biz ICAO ilə əməkdaşlığı davam etdirəcəyik", - K.Bozumbayev bildirib.
Baş nazirin müavini qeyd edib ki, təyyarənin qəzaya uğramasının ilk günlərindən Qazaxıstan bu qəzanın obyektiv və hərtərəfli araşdırılmasına yönəlib.
MƏLUMAT YENİLƏNİR