RU

Pekindən Çinlə müharibəyə hazır olduğunu açıqlayan ABŞ-a xəbərdarlıq: “Qalib olmayacaq”

Çin Xarici İşlər Nazirliyi müharibəyə hazır olduğunu bəyan edən ABŞ-a xəbərdarlıq edərək, mümkün müharibədə qalibin olmayacağını vurğulayıb.

Editor.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib. O, ABŞ-ın müdafiə naziri Pit Heqsetin Çinlə müharibəyə hazır olduqları barədə bəyanatına cavab olaraq Vaşinqtonun bu yanaşmasının qarşıdurmanı gücləndirdiyi barədə xəbərdarlıq edib. “ABŞ rəsmilərinin bu bəyanatları bilərəkdən ideoloji qarşıdurmaya səbəb olur və Çin təhlükəsi ilə bağlı şişirtmə yaradır”, – Lin deyib. Çinin mövqeyinin açıq və tutarlı olduğunu qeyd edən Lin bildirib :“İstər gömrük vergisi, istər ticarət müharibəsi, istər soyuq, istərsə də isti müharibə, bundan heç bir nəticə olmayacaq, qalib olmayacaq”. ABŞ rəsmilərinə Çinə qarşı “hegemon məntiq” tətbiq etməməyi və Çin-ABŞ münasibətlərinə “köhnəlmiş soyuq müharibə ideyaları ilə yanaşmamağı” tövsiyə edən Lin, Vaşinqtonun Çini cilovlamaq və sıxışdırmaq üçün strateji rəqabəti bəhanə kimi istifadə etməsinin yanlış olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
7
1
editor.az

2Источники