RU

Yüksək Liqa: 12-ci turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, turun bütün oyunları martın 18-də “Olimpik Star”da keçiriləcək.

Yeri gəlmişkən, Yüksək Liqanın sonuncu qalibi “Araz-Naxçıvan” heyətini yeni futzalçı ilə gücləndirib. Bir müddət əvvəl Kayke Aledes De Oliveyra ilə yollarını ayıran “qırmızı-ağlar” Karlos Enrike Bertuolanı komandaya cəlb edib. 27 yaşlı hücumcunun son klubu Fransa “Tuluza”sı olub.

Qeyd edək ki, 11 turdan sonra aktivində 25 xal olan “Araz-Naxçıvan” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Yüksək Liqa
12-ci tur
18 mart

14:00. Neftçi İK – U-19
16:00. Baku Fire – Şuşa
18:00. Araz-Naxçıvan – Yasamal Bakı

Избранный
20
1
arena.az

2Источники