Moskvanın Vnukovo hava limanından İrəvana (Ermənistan) havaya qalxan Azimut Hava Yollarına məxsus təyyarə qəfildən geri dönüb.
Far.Az xəbər verir ki, bu barədə cümə axşamı, martın 6-da aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
"Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə A47029 Moskva (Vnukovo) - Yerevan reysinin təyyarə komandiri 6 mart 2025-ci il tarixində təyyarə sistemlərindən birinin işləmə göstəricisinin aktivləşməsi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib", - məlumatda qeyd olunub.
Aviaşirkətin rəsmi saytı xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 11:37-də Vnukovo hava limanına təhlükəsiz eniş edib.
O da bildirilib ki, sərnişinlər ehtiyat reyslə İrəvana göndəriləcək.