RU

İlon Maskın sərvəti 2024-ün dekabrından bəri 116 milyard dollar azalıb

Amerikalı milyarder İlon Maskın sərvəti 2024-cü ilin dekabr ayından bəri 116 milyard dollar azalıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Məqalədə bildirilir ki, Maskın sərvəti 17 dekabr tarixində qeydə alınmış rekord göstərici olan 464 milyard dollarla müqayisədə 116,3 milyard dollar azalıb. Həmin gün "Tesla" şirkətinin səhmləri birjada hər biri 480 dollar dəyərində bağlanmışdı.

"Forbes" tərəfindən real vaxt rejimində yenilənən hesablamalara əsasən, 4 mart, çərşənbə axşamı günü "SpaceX" təsisçisi və "Tesla" şirkətinin baş direktoru olan İlon Maskın sərvəti daha 7,1 milyard dollar azalaraq 347,7 milyard dollara düşüb.

Nəşrin qeyd etdiyi kimi, "Tesla"nın səhmləri ABŞ-ın Kanada, Çin və Meksikaya qarşı tətbiq etdiyi gömrük rüsumlarının qüvvəyə minməsi səbəbindən S&P 500 indeksinin 2025-ci il üzrə minimum həddə düşməsi fonunda ucuzlaşıb.

Fevral ayında Mask "Altrata" reytinqində dünyanın ən varlı insanları siyahısında birinci pilləyə yüksələrək ümumi 419,4 milyard dollar sərvətə sahib olub.

Paşa Məmmədli

Избранный
64
valyuta.az

1Источники