RU

Simone İnzaqi: “Feyenoord”a qarşı əla oyun sərgilədik”

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalının “Feyenoord”la ilk oyununda 2:0 hesablı səfər qələbəsini şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyunçularım həqiqətən əla oynadılar. Bu stadionda oynamaq heç də asan deyil. Azarkeşlərimiz bizə çox kömək etdilər. Bu gün səbr etmək lazım gəldi, amma çox yox. Gərəkli məqamlarda biz vahid surətdə oynadıq. Cavab oyununda bizi hansı sınaqların gözləyəcəyindən xəbərdarıq, amma bu gün mən xoşbəxtəm”, deyə Simone İnzaqi vurğulayıb.

Cavab oyunu çərçivəsində “İnter” “Feyenoord”u martın 11-də Milanda qəbul edəcək.

Избранный
35
arena.az

1Источники