RU

Bu xəstəxananın direktoru işdən çıxarıldı - Yeni təyinat

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

“AzPolitika” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.

TƏBİB sədrinin digər Əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyinat alıb.

R. Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı RMX-nin direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

Избранный
100
38
azpolitika.info

10Источники