RU

Ruslar Zelenskinin doğulduğu şəhəri vurdu

Rus qoşunları Krivoy Roq şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində mülki infrastruktura ziyan dəyib, dağıntılar altında qalan insanlar ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Telegram"da Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib.

Bildirilir ki, raketlərdən biri otelə düşüb.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lisakın verdiyi məlumata görə, 3 nəfər ölüb, 31 nəfər yaralanıb.

Otellə yanaşı, 14 yaşayış binası, poçt şöbəsi, mədəniyyət müəssisəsi, 12 mağaza və 20-yə yaxın avtomobilə ziyan dəyib.

Избранный
33
publika.az

1Источники