Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov martın 11-də ATƏT-in baş katibi Firidun Sinirlioğlu ilə danışıqlar aparacaq.
“Report” yerli KİV-lərinə istinadən xəbər verir Ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova brifinqdə bildirib.
"Martın 11-də Rusiya XİN başçısı ilə ATƏT-in baş katibi arasında danışıqlar keçiriləcək, o, Moskvaya işgüzar səfərlə gələcək", - M.Zaxarova qeyd edib.
O bildirib ki, konstruktiv, ətraflı fikir mübadiləsi gözlənilir.