RU

Füzulidə sökülən şəhid lövhələri narazılıqdan sonra bərpa edildi

Füzuli rayonunda yol kənarına quraşdırılmış şəhidlərə məxsus xatirə lövhələri sökülüb.

Modern.az xəbər verir ki, lövhələrin sökülməsini əks etdirən görüntüləri jurnalist Səidə Bəkirqızı paylaşıb.

Şəhidlərin xatirə lövhələrinin söküldüyü görünütlər rayonun Alxanlı kəndində qeydə alınıb.

Məsələ ilə bağlı Modern.az-a Füzuli Rayon İcra Hakimiyyətindən bildirilib ki, görüntülərdən sonra sözgedən lövhələr yenidən bərpa olunub.

Qeyd edilib ki, lövhələr şəhid ailəsinin razılığı ilə yerinin dəyişilməsi məqsədilə sökülüb. Ancaq sonradan lövhələrin sökülməsi sosial şəbəkələrdə yanlış anlaşıldığı üçün yerinə qaytarılıb.

Избранный
33
1
modern.az

2Источники