RU

İcbari tibbi sığortanın yeni istifadəyə verilən "Onlayn çat" xidməti vasitəsilə artıq 7500-dən çox müraciət cavablandırılıb » AzadMedia.az


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “1542” Çağrı mərkəzində "Açıq qapı" günü keçirib. Tədbirdə Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova yeniliklərdən bəhs edib. Bunlardan biri də vətəndaşların xidmətə əlçatanlığını daha da artırmaq məqsədilə Agentliyin rəsmi internet saytında yeni “Onlayn çat” xidmətinin istifadəyə verilməsidir. Bura daxil olan vətəndaş müraciətləri, sorğular fasiləsiz (24/7) cavablandırılır. Cavablandırmada bot və ya süni intellekt tətbiq edilmir, Agentliyin Çağrı mərkəzinin operatorları tərəfindən bütün müraciətlər cavablandırılır. “Onlayn çat” xidmətində 10 təmsilçi fasiləsiz olaraq vətəndaşlara xidmət göstərir. Ötən ilin dekabrından bu günə qədər “Onlayn çat” xidməti vasitəsilə 7500-dən çox vətəndaş müraciəti cavablandırılıb.
Избранный
25
2
azadmedia.az

3Источники