RU

Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Baş Prokurorluq ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin mart ayının 5-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında görüş keçirilib.

Görüşdə əməkdaşlıq haqqında 23 sentyabr 2020-ci il tarixində imzalanmış Saziş çərçivəsində MAA və Prokurorluq arasındakı səmərəli əlaqələri, kadr hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müvafiq razılıq əldə olunub.

Избранный
83
9
aznews.az

10Источники