RU

Ermənistan sülh prosesini ləngidir: Təxribatlar nəyi göstərir?– ÖZƏL

"Son günlər Ermənistanın şərti sərhəddə yenidən aktivləşməsinin şahidi oluruq. Martın 4-də Gorus istiqamətindən Azərbaycan mövqelərinə atəş açıldı. Bu gün isə məlumatlara görə, Naxçıvan-Ermənistan sərhədində açıq ərazidə yanğın törədilib. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh niyyəti güdmür və bu prosesi məqsədli şəkildə yubadır. Ermənistan həm sülh prosesini, həm də Azərbaycanla normallaşma və kommunikasiyaların açılması prosesini ləngitməkdə maraqlıdır".

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Son illərdə Ermənistanın aktiv şəkildə militarizasiya siyasəti apardığını görürük. Şərti sərhəddə hərbi istehkamlar qurur və mövqelərini gücləndirir. Avropa İttifaqının monitorinq missiyasının rəhbəri Markus Ritter də bununla bağlı bildirmişdi ki, Ermənistan öz mövqelərini möhkəmləndirir. Əgər Çexovun məşhur ifadəsini xatırlasaq, "divardan asılan silah sonda atəş açır." Ermənistanın aldığı silahla r Azərbaycana qarşı yönəlib və onların istifadəsi ehtimalı artır.

Digər tərəfdən, hadisələrin zamanlaması da diqqət çəkir. Türkiyədə  Azərbaycan və Türkiyə rəhbərlərinin görüşü baş tutur, Iğdır-Naxçıvan qaz kəmərinin açılışı gerçəkləşir. Bu layihə Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafına və Naxçıvanın blokadasının aradan qaldırılmasına xidmət edir. Eyni zamanda, Naxçıvanın İrandan enerji asılılığının azalması baxımından strateji əhəmiyyət daşıyır.Bu irəliləyişi həzm edə bilməyən qüvvələrin, başda Ermənistan olmaqla  bu təxribatlarda izi ola bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники