RU

"Bəzi hakimlər döyülməyə layiqdir" - Servet Çetin

style='margin-bottom:10px;'>

Türkiyənin 1-ci liqa təmsilçisi "Amedspor"un baş məşqçisi Servet Çetin hakimləri sərt tənqid edib.

QOL.az xəbər verir ki, o "Ajanspor"a açıqlamasında son zamanlar onların əleyhinə verilən hakim qərarlarının artdığı deyib. 

Türkiyə millisinin sabiq üzvü yerli hakimlərin qazandıqlara pula da layiq olmadığını bildirib: "Hakimlər qətiyyən heç nəyi haqq etmirlər. Onlar bu pula layiq deyillər. İnsanların alın təri ilə oynayırlar. Ona görə ümid edirəm ki, bütün matçları əcnəbi hakimlər idarə edəcək".

S.Çetin bəzi hakimlərin hətta döyülməyə də layiq olduğunu qeyd edib: "Hakimləri döyənləri, onlara qarşı zorakılıq edənləri qınayırıq, amma özümü kənarda çətinliklə saxlaya bilirəm. Yəni insanların da müəyyən bir səbri var. Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər. Hakimlər qəsdən "Amedspor"un xal qazanmasına mane olmağa çalışırlar".

Избранный
59
6
teleqraf.com

7Источники