RU

Azər Həsrət: Qırmızı Xaç Komitəsinin gedişi gözlənilən idi– ÖZƏL

Siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin bağlanmasını qiymətləndirərkən, bu təşkilatın xüsusilə Qarabağ münaqişəsi və Ermənistanın işğalı dövründəki fəaliyyətini nəzərdən keçirməyin vacib olduğunu bildirib.

Xatırladıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra belə, BQXK-nın Xankəndidə nümayəndəliyi fəaliyyət göstərirdi.  Azərbaycan tərəfi onlardan fəaliyyətlərini Bakı ilə koordinasiya etməyi tələb etsə də, komitə inadla İrəvanla əməkdaşlığı davam etdirirdi. Bu da Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bir mövqe kimi qiymətləndirilib.

"Bu yanaşma cəmiyyətdə və dövlət səviyyəsində narazılıq doğurdu, geniş müzakirələrə səbəb oldu. Etirazlara baxmayaraq, BQXK dirəniş göstərdi, lakin nəticədə onların ölkədəki fəaliyyətinin dayandırılması qaçılmaz oldu. Bu addım gözlənilən idi, çünki təşkilat adətən münaqişə bölgələrində fəaliyyət göstərir və hazırda  Azərbaycanda belə bir vəziyyət yoxdur".

Azər Həsrət vurğulayıb ki, bəzi dövlətlərin səfirlikləri də uzun müddət Qarabağı  Azərbaycanın tərkib hissəsi kimi qəbul etməkdən çəkinirdi. Hətta diplomatik korpus üçün təşkil olunan Qarabağ səfərlərində iştirakdan imtina edənlər var idi. Eyni hal BQXK-nın fəaliyyətində də müşahidə olunurdu.

Sonda A.Həsrət   bildirib ki, təşkilatın Azərbaycanda fəaliyyət göstərməsi üçün artıq heç bir əsas qalmayıb və ümid etmək olar ki, gələcəkdə belə bir zərurət yaranmayacaq.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники