RU

ABŞ İranın neft gəmiləri ilə bağlı plan hazırlayır

"Reuters" xəbər agentliyinin adları açıqlanmayan altı məlumatlı mənbəyə istinadən yaydığıxəbərəgörə, bu addım kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq məqsədi daşıyır. Agentlik yazır ki, ABŞ Prezidenti Donald Tramp İranı qlobal iqtisadiyyatdan qoparmaq naminə "maksimum təzyiq" kampaniyasını canlandıracağına söz verib.

"Tramp İranın neft ixracından gələn gəlirini sıfıra endirmək istəyir ki, Tehran nüvə silahı yarada bilməsin. Bu baxımdan da o, İranla əməkdaşlıq aparan neft şirkətlərinə, habelə"kölgə tankerlər"əqarşı iki yeni sanksiya paketi irəli sürüb",- mənbələr bildirirlər.
ABŞ və İsrail Hərbi Hava Qüvvələri birgə təlim keçirib -VİDEO

Onların sözlərinə görə, Tramp hökuməti hazırda müttəfiq ölkələrlə birgə kritik nöqtələrdən, o cümlədən AsiyadakıMalakka boğazındankeçən İranla əlaqəli gəmiləri dayandırıb yoxlamağın yollarını axtarır.

"Bu mexanizm İranın neft daşımalarını gecikdirmək, gəlir və təchizat zəncirlərinə zərbə vurmaq məqsədi daşıyır",- "Reuters" yazır.

Firudin Həmidli
AzVision.az
Избранный
35
azvision.az

1Источники