RU

Lavrov Makronu Napoleon və Hitlerlə müqayisə etdi

Hurriyyet.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa Prezidenti Emmanuel Makronu  Adolf Hitler və Napoleon Bonapart ilə müqayisə edib. 

Lavrov  Rusiyanın paytaxtı Moskva şəhərində Zimbabvenin xarici işlər və beynəlxalq ticarət naziri Amon Murvira ilə görüşüb. İki nazir görüşdən sonra mətbuat konfransı keçirib.

Lavrov mətbuat konfransında deyib: "Rusiya ilə müharibə aparmaq istəyən sələflərindən - Napoleondan, Hitlerdən fərqli olaraq, cənab Makron çox da gözəl davranmır. Çünki onlar açıq-aşkar deyirdilər: "Rusiyanı məğlub etmək, Rusiyanı ələ keçirmək lazımdır". O, isə görünür, özü də bunu istəyir, amma nədənsə deyir ki, Rusiya ilə döyüşmək lazımdır ki, o, Fransaya qalib gəlməsin. Onun sözlərinə görə, Rusiya Fransa və Avropa üçün təhdid yaradır".

Lavrov Fransa prezidenti Emmanuel Makronun Fransanın nüvə potensialından Avropanın təhlükəsizliyi üçün istifadə etmək planlarını şərh edərkən deyib: “Əlbəttə, bu, Rusiya üçün təhlükədir”. 

Hürr Tərcüman

 

Избранный
19
hurriyyet.az

1Источники