Türkiyə lazım gələrsə, Ukraynaya sülhməramlı qoşunlar göndərməyə hazırdır.
“Cebheinfo.az”-ın məlumatına görə, Türkiyə Müdafiə Nazirliyindəki mənbə “Reuters”ə belə deyib.
“Regional sabitlik və sülh üçün lazım olarsa, bu məsələyə baxılacaq” - deyə “Reuters” yazır.
Mənbə qeyd edib ki, hələlik bu məsələ ilə bağlı dəqiq qərarın olmadığın bildirib.
Son vaxtlar Avropa ölkələri də Ukraynaya sülhməramlıların göndərilməsi haqqında fəal müzakirələr aparırlar.
Avropa planına görə, sülhməramlılar sərhəddə deyil, Ukraynanın kritik infrastrukturunun yaxınlığında, ABŞ Hərbi-Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin müdafiəsi altında yerləşdirilməlidir.