RU

Bu müharibədə qalib olmayacaq

Çin Xarici İşlər Nazirliyi müharibəyə hazır olduğunu bəyan edən ABŞ-a xəbərdarlıq edib və mümkün savaşda qalibin olmayacağını vurğulayıb.

Publika.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ-ın müdafiə naziri Pit Heqsetin Çinlə müharibəyə hazır olduqları barədə bəyanatına cavab verib.

Jian Vaşinqtonun yanaşmasının qarşıdurmanı gücləndirdiyini bildirib:

“ABŞ rəsmilərinin bu bəyanatları bilərəkdən ideoloji qarşıdurmanı qızışdırır. Bu da münasibətlərdə təhlükə yaradır. İstər gömrük rüsumu, istər ticarət müharibəsi, istər soyuq, istərsə də isti müharibə olsun, heç bir nəticə, qaliblər olmayacaq. ABŞ rəsmilərini Çinə qarşı “hegemon məntiq” tətbiq etməməyi və Çin-ABŞ münasibətlərinə “köhnəlmiş soyuq müharibə düşüncəsi” ilə yanaşmamağı tövsiyə edirəm. Vaşinqtonun Çini cilovlamaq və sıxışdırmaq üçün strateji rəqabətdən bəhanə kimi istifadə etməsi yanlışdır”.

Избранный
2
1
publika.az

2Источники