1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən etibarən "Tesla" səhmlərinin dəyərinin azalması səbəbindən 110,8 milyard dollar azalaraq, 353,2 milyard dollar həddinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda "Tesla" səhmləri 15% ucuzlaşıb və bunun nəticəsində İ.Mask bir gündə 1,5 milyard dollar itirib.
"Forbes" yazır ki, İ.Maskın şirkəti ABŞ-nin tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin "Tesla"nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır.