Böyük Britaniya Suriya Mərkəzi Bankı və bir sıra banklara qarşı sanksiyaları ləğv edib.

İndex.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Böyük Britaniyanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Həmçinin neft şirkətləri və “Syrian Arab Airlines” aviaşirkətinə qarşı sanksiyalar da ləğv edilib.

Məlumata görə, “Al Furat”, “Deir Ez-Zur”, “Dula”, “Ebla”, “General Petroleum Corporation”, “Mahrukat”, “Overseas Petroleum Trading”, “Syria Trading Oil Company” (“Sytrol”), “Syrian Company for Oil Transport”, “Syrian Petroleum Company”, eləcə də “The Homs Refinery Company” və “The Baniyas Refinery Company” neft şirkətləri qara siyahıdan çıxarılıb.