Futbol üzrə Azərbaycan milli komandasının martın 22-də Haitiyə qarşı keçirəcəyi matçın başlanma saatı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, görüş Sumqayıt şəhər stadionunda saat 21:45-də start götürəcək. 

Qarşılaşmanın belə gec saatlarına salınması baş məşqçi Fernandu Santuşun təşəbbüsüdür. Portuqaliyalı mütəxəssis milii komandamızın bəzi futbolçularının oruc tutduğunu nəzərə alaraq, görüşü iftardan sonraya təyin etməyi lazım bilib. 

Qeyd edək ki, Azərbaycan - Belarus matçı da saat 21:45 başlanacaq. Oyun martın 25-də Abşeron rayonunun Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da olacaq.