RU

Portuqaliyaya xam neft məhsullarının ixracında artım var

Bu ilin yanvar ayında Azərbaycandan Portuqaliyaya 109 milyon ABŞ dolları dəyərində 215,9 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 24,1 faiz və ya 21,2 milyon dollar, həcm baxımından isə 55,7 faiz və ya 77,2 min ton üstələyir.

Cari ilin ilk ayı ərzində ölkədən ümumilikdə 1,9 milyard dollar dəyərində 3,46 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Portuqaliya 5-ci yerdə qərarlaşıb və ixrac həcminin 6,24 faizi bu ölkənin payına düşüb.

Избранный
62
3
vergiler.az

5Источники