Klublararası dünya çempionatı ilk dəfə yeni formatda keçiriləcək.
Msport.az xəbər verir ki, turnirdə 6 konfederasiyadan 32 klub iştirak edəcək.
FIFA iştirakçı komandalara 1 milyard dollardan çox pul ödəməyi planlaşdırır. Bu, ali futbol qurumunun matçların yayım hüququ üçün DAZN platforması ilə bağladığı müqavilə sayəsində mümkün olub. Bu, klub futbolu tarixində ən böyük mükafat fondu olacaq.
Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Avropanı 12 klub təmsil edəcək.
Qrup mərhələsindən sonra (4 komandadan ibarət 8 qrup) iki ən yaxşı klub 1/8 finala yüksələcək. Turnirin finalı Nyu Yorkdakı “MetLife” stadiununda baş tutacaq. Stadion 82500 tamaşaçı tutumuna malikdir.