RU

"Garantex" kriptobirjası 2,5 milyard rublun bloklandığını açıqladı

"USDT" stabilkoininin ən böyük emitenti olan "Tether" şirkəti, Rusiya kriptobirjası "Garantex"in cüzdanlarında 2,5 milyard rubl məbləğində vəsaiti bloklayıb.

Valyuta.az xəbər verir ki, platforma bu barədə "Telegram" kanalında açıqlama verib.

"Bizim üçün pis xəbər var. "Tether" Rusiya kriptobazarına qarşı mübarizəyə başlayıb və cüzdanlarımızda 2,5 milyard rubldan çox vəsaiti bloklayıb. Bütün komandamız bu problemi həll edənə qədər müvəqqəti olaraq bütün xidmətləri, o cümlədən kriptovalyuta çıxarışlarını dayandırırıq", – deyə bəyanatda qeyd olunub.

Şirkət həmçinin xəbərdarlıq edib ki, Rusiya cüzdanlarında saxlanılan bütün "USDT" vəsaitləri təhlükə altındadır.

Qeyd edək ki, 24 fevral tarixində Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini qəbul edib. Yeni məhdudiyyətlərə Rusiya kriptovalyuta birjası "Garantex" də daxil edilib. ABŞ isə bu platformanı 2022-ci ilin aprelindən etibarən sanksiya siyahısına salıb. Avropa Şurasının açıqlamasına görə, birjanın qara siyahıya salınmasının əsas səbəbi onun Aİ sanksiyalarına məruz qalan Rusiya bankları ilə əlaqəli olmasıdır.

Maya Hüseynova

Избранный
83
valyuta.az

1Источники