RU

ETSN 9-10-cu sinif şagirdləri ilə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər keçirilib

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə təhsil alan şagirdlər üçün maarifləndirici görüşlər keçirilib

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Cocuq Mərcanlı kənd tam orta məktəbin 9-10-cu sinif şagirdləri ilə ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər keçirilib.

Görüşlər çərçivəsində şagirdlərə ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə, qənaət vərdişləri ilə bağlı məlumatlar verilib, interaktiv müzakirələr aparılıb, onlara ekoloji məsuliyyətin gündəlik həyatda necə tətbiq edilə biləcəyi, təkrar emalın və tullantıların azaldılmasının vacibliyi izah olunub.

Qeyd edək ki, regionlarda yaşayan əhalinin ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq keçirilən maarifləndirici görüşlər ilboyu davam edəcək.

Ekologiya.az

Избранный
37
ekologiya.az

1Источники