Akademik Milli Dram Teatrı tamaşalarına başqa teatrlardan aktyor dəvət olunması iddialarına münasibət bildirib.
Mia.az xəbər verir ki, teatr bu barədə sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, "Azdrama"ya başqa teatrdan dəvət olunduğu iddia olunan aktrisa Günəş Tegin artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır: “Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Məsələn, “Baş” tamaşasına kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur. Bu proses gələcəkdə də davam edəcək”.