RU

Von der Leyen Avropa İttifaqını yenidən silahlandırmaq planından danışıb

Avropanın yenidən silahlanması planı Ukraynanın hərbi-sənaye kompleksinə (MİK) investisiyaların yatırılmasını və Kiyevə silah tədarükünün maliyyələşdirilməsini nəzərdə tutur.

Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen məlumat verib.

“Avropanın yenidən silahlanması planı müdafiəyə sərmayə üçün 800 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutur. Bu, üzv ölkələrə müdafiəyə sərmayə qoymaq üçün maliyyə məkanı verir, onlara Ukraynanın müdafiə sənayesinə sərmayə yatırmaq və ya birbaşa Ukraynaya göndərilən silahları almaq imkanı verir”, o, Aİ-nin Brüssel sammitinə gələrkən deyib.

Избранный
13
aznews.az

1Источники