Metropolitenin "28 May" stansiyasının tunelindəki qatarda texniki nasazlıq yaşanıb.
Referans.az bildirir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, qatar stansiyada sərnişinləri düşürərək depoya göndərilib.
Metropoliten ASC-dən veerilən məlumata görə, "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта