RU

Etibarnamə ilə avtomobil alanların NƏZƏRİNƏ: Bu problemlərlə qarşılaşa bilərsiniz

Etibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu yol alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən riskləri də özü ilə gətirir. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir, lakin hüquqi mülkiyyət tam şəkildə alıcıya keçmir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.


Bəs etibarnamə ilə avtomobil alanlar nələrə diqqət etməlidir?


Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Referans”-a açıqlamasında bu haqda danışıb. 




“Etibarnamə ənənəvi bir metoddur. Bu metoddan illərdir - təxminən müstəqillik dövründən bu yana istifadə olunur. Etibarnamə ilə avtomobil idarə etmək tövsiyə edilməsə də, vətəndaşlar hazırki vaxtda bu və digər formada nəqliyyat vasitələrini adlarına keçirməkdə maraqlı deyillər. Bunun səbəbləri şəxsə görə dəyişə bilər. Ona görə də etibarnamə hər il olduğu kimi bu il də aktualdır”. 


Ekspert qeyd edib ki, etibarnamə vasitəsilə avtomobil əldə etmənin həm mənfi, həm də müsbət cəhətləri mövcuddur. 


“Mənfi cəhətlərin başlıcası ailə münaqişəsi zəminində şəxsi əmlakın bölünməsində üzə çıxır. Həmçinin nəqliyyat vasitəsinin sahibinin hər hansısa saxlama, durma, hökmetmə, məhkəmə qərarı ola bilər. Bunlar hər biri mənfi hallardır. Məsələnin digər aspekti isə bu və digər formada nəqliyyat vasitəsini idarə edən şəxslərin şəxsi vasitələrdən imtinasına da gətirib çıxara bilər”. 


Aslan Əsədov bildirib ki, avtomobillərin şəxslərin adına keçirilməsinin dövlət büdcəsi üçün də faydaları çoxdur. Bu səbəbdən vətəndaşların buna təşviqi üçün addımlar atıla bilər.


Fidan Vəlisoy

Избранный
61
referans.az

1Источники