Futbol üzrə Azərbaycan II Liqasında 15-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 matç baş tutub.
Hər üç oyunda "quru" hesablı qələbə qeydə alınıb.
Qeyd edək ki, dünən "Şəfa" "Kür-Araz"ı 4:0, "Dinamo" isə "Qusar"ı 3:0 hesabı ilə məğlub edib.
I Liqa
XV tur
6 mart
"Lerik" - "Haypers Quba" 0:3
Qollar: İbrahim İbrahimli, 15. Cavid İmamverdiyev, 80-pen; 90.
"Saatlı-Araz" - "Ağdaş" 2:0
Qollar: Ramin Süleymanov, 74. Elnur Səmədov, 88.
"Şimal" - "Şahdağ Qusar" 0:1
Qol: Rubin Seyidov, 18.