RU

Gözlər böyüyürmü?

Rusiya-Ukrayna müharibəsi, Rusiya ilə kollektiv Qərb arasında münaqişədir və kollektiv Qərb, onun əsas ölkəsi ABŞ-dir.

SeherXeber.org xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət katibi Marko Rubionun Ukraynadakı münaqişəni Rusiya və ABŞ arasında proksi müharibə adlandırmasını şərh edərkən deyib.

“Bəli, razılaşırıq ki, münaqişəni və müharibəni dayandırmağın vaxtı çatıb”, - Dmitri Peskov deyib.

Peskov vurğulayıb ki, ABŞ hazırda Rusiya üçün dost ölkə deyil. “Birləşmiş Ştatlar bizim ikitərəfli münasibətlərimizi canlandırmağa və bərpa etməyə çalışdığımız bir ölkədir”, -  o qeyd edib.

Mürtəza

SeherXeber.org

Избранный
24
seherxeber.org

1Источники