RU

"DHL" böyük işçi ixtisarlarına hazırlaşır

"DHL Group"un ötən ilə aid maliyyə nəticələri ilə bağlı açıqlamasına görə, şirkətin 2024-cü ildə əsas gəlir göstəricisi olan faiz və vergi öncəsi düzəldilmiş mənfəəti (FAVÖK) 2023-cü illə müqayisədə 7,2% azalaraq 5,9 milyard avroya düşüb.  

Valyuta.Az xəbər verir ki, Almaniyada poçt və bağlama xidmətləri bölməsinin fəaliyyət mənfəəti isə məktub daşımalarının həcminin yenidən azalması səbəbindən 5,6% geriləyərək 821 milyon avro olub.  

Açıqlamada bildirilib ki, şirkət 2027-ci ilə qədər 1 milyard avrodan çox qənaət etməyi nəzərdə tutan strategiya çərçivəsində bu il Almaniyada təxminən 8 min nəfəri işdən çıxarmağı planlaşdırır.  

Şirkət bəyanatında qeyd olunub: ""Fit for Growth" (böyüməyə uyğunluq) proqramı çərçivəsində qrup, ümumi xərc bazasını struktur olaraq 1 milyard avrodan çox azaltmağı hədəfləyir. Bütün biznes bölmələrini əhatə edən bu proqram tam təsirini 2027-ci maliyyə ilində göstərəcək. Almaniyada poçt və bağlama bölməsində isə "Fit for Growth" çərçivəsində 2025-ci ildə sosial məsuliyyət prinsiplərinə uyğun olaraq təxminən 8 min vəzifə ixtisar ediləcək." 

Qeyd edək ki, hazırda "DHL Group"un Almaniyadakı poçt və bağlama xidmətləri bölməsində 190 min nəfər çalışır.  

Şirkət, ticarət tarifləri və siyasətlərindəki mümkün dəyişikliklər nəzərə alınmadan, bu il 6 milyard avronun üzərində fəaliyyət mənfəəti gözlədiyini bildirib.  

Açıqlamada qeyd olunub ki, zəifləyən iqtisadiyyat və logistika müştərilərinin ehtiyatlı davranışı göndərilən mal həcminin azalmasına səbəb olur.  

Bununla yanaşı, öz logistika şəbəkəsini genişləndirməyə davam edən onlayn pərakəndə satış nəhəngi "Amazon"un yaratdığı rəqabət də logistika şirkətlərinin gəlirlərinin azalmasına təsir edir.  

Qlobal iqtisadiyyatda durğunluq digər logistika şirkətlərinə də təsir göstərir. "DHL"in ABŞ-dəkı rəqibi "UPS" bu il üçün gəlir proqnozunu aşağı salaraq 1 milyard dollarlıq xərclərin azaldılması proqramına başlayıb.  

Rəhim

Избранный
59
valyuta.az

1Источники