"Karvan" heyətinə yeni futbolçu cəlb edib.
Transfer çalışmalarını davam etdirən "Karvan" növbəti keçidi rəsmiləşdirib.
"Operativ Media" xəbər verir ki, 1-ci liqa təmsilçisi özbəkistanlı müdafiəçi Behzod Kholikulovla mövsümün sonunadək müqavilə bağlayıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Behzod son olaraq ölkəsinin “Sogdiana” klubunun formasını geyinib.