Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Fevralın 24-də saat 10:33-də qida zəhərlənməsi şübhəsi ilə bir nəfər (kişi cinsli) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. 1987-ci il təvəllüdlü şəxsə “Digər xoralı kolitlər” diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub”, – məlumatda qeyd olunub.
***
14:10
Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.
Rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.
Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.
İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az