Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb...
"Report"un Qərb bürosunun məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü L.Muradova yanıq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya aparılıb.
Yanğının səbəbləri və digər məsələlər araşdırılır.
***
Poliqon xəbər verir ki, bu barədə Fövəqladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Poliqon.info