RU

"Bu məqam inamımızı sarsıtdı" - Robin van Persi

Çempionlar Liqasının 1/8 final mərhələsinin Niderlandda baş tutan ilk oyununda "İnter"ə 0:2 hesabı ilə uduzan "Feyenoord"un baş məşqçisi Robin van Persi matç barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Ziggo Sport" onun sözlərini belə çatdırıb:

"Oyuna yaxşı başladıq. İlk yarıda yaxşı görünürdük, amma rəqibi təzyiqdə saxlasaq da, real qol epizodları yaratmağa çətinlik çəkirdik. Təəssüf ki, "İnter"in ilk cəhdi qolla nəticələndi. Türam kimi hücumçun varsa, əlinə düşən birinci fürsəti qola çevirməyin başadüşüləndir. İkinci hissədə də qolu çox tez buraxdıq və bu məqam inamımızı sarsıtdı".

Nihat

Избранный
6
fanat.az

1Источники