RU

Azərbaycan - Haiti matçının başlama saatı açıqlandı

Futbol üzrə Azərbaycan və Haiti milli komandaları arasında keçiriləcək yoxlama görüşünün başlama saatı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Haiti matçına saat 21:45-də start veriləcək.

Qeyd edək ki, yığmamız martın 25-də Belarus yığması ilə də yoxlama görüşü keçirəcək. “Masazır Arena”da təşkil olunacaq bu oyuna da saat 21:45-də start veriləcək.

Избранный
146
26
arena.az

10Источники